Azərbaycanda benzin və dizellə bağlı VACİB XƏBƏR

17:01 - 17 Yanvar 2024

Azərbaycanda benzin və dizellə bağlı VACİB XƏBƏR

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.

Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ildə istehsal edilib

Əvvəlki ilə nisbətən, faizlə

01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1 464,2

113,4

45,9

Ağ neft, min ton

594,4

104,1

26,2

Qazoyllar (dizel yanacağı), min ton

2 311,2

112,3

77,2

Mazut, min ton

5,7

7,3

1,7

Sürtkü yağları, min ton

59,1

131,6

3,0

Maye qazlar, min ton

236,4

96,8

4,1

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

1 119,3

84,5

57,6

ondan:

neft bitumu, min ton

277,7

80,9

5,1

neft koksu, min ton

231,6

110,0

48,1


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin