Meksikada sel 6 nəfərin canını ALDI

23:11 - 7 Oktyabr 2021

Meksikada sel 6 nəfərin canını ALDI

Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, daha bir neçə rayon sakini itkin düşüb.

Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub.

Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib.

Hazırda hökumət qüvvələri ağır texnikadan istifadə etməklə təbii fəlakətin nəticələrini aradan qaldırır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin