İran Ermənistana gedən alternativ yolu bir aya açacaq

22:19 - 7 Oktyabr 2021

İran Ermənistana gedən alternativ yolu bir aya açacaq

“İranla Ermənistan arasındakı alternativ marşrut bir ay sonra fəaliyyətə başlayacaq”.

Manşet.az xəbər verir ki, bunu İRNA-ya açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlayıb.

Nazir müavini bildirib ki, Gorusla Qafan arasındakı yolun Azərbaycan torpaqlarından keçməsi səbəbindən alternativ marşrut axtarışında olublar:

“İrana məxsus yük maşınları üçün 21 kilometrlik marşrutda ortaya çıxan problem həllini tapır. Ondan sonra Azərbaycana rüsum verməyə ehtiyac olmayacaq”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin