Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
21:40 - 7 Oktyabr 2021
Gürcüstanın “Vahid Milli Hərəkat” müxalif partiyası həbsdə olan sabiq prezident Mixail Saakaşviliyə dəstək məqsədilə və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya keçirəcək.
Manşet.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə partiyanın üzvü Levan Xabeişvili partiyanın Siyasi Şurasının iclasından sonra deyib.
“Yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya olacaq. Ölkə daxilində vətəndaşlarımızı iki əsas tələb ətrafında səfərbər etməyə başlayırıq: Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar seçkilərin keçirilməsi. Biz ikinci turda qələbə uğrunda mübarizə aparacağıq”, - deyə Xabieşvili bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin