İşıq festivalı keçiriləcək

18:13 - 7 Oktyabr 2021

İşıq festivalı keçiriləcək

Cari ilin oktyabrında "İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.

Mədəniyyət Nazirliyindən Manşet.az-a verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

Məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan "Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca - oktyabrın 14-17-də davam edəcək.

Tədbir çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində "Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar bu il "Nizami Gəncəvi İli” elan edilib.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin