Bakıda təcili yardım maşını qəzaya düşüb - Yol bağlandı - FOTO
15 May 2024
19:26 - 10 Yanvar 2024
Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb.
Manset.az lent.az-a istinadən xəbər verir ki, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər. Görünür Naibə xanımın illər öncə oynadığı falçı qaraçı qadın obrazı unudulmaz təsir buraxıb.
Naibə xanım Lent.az-a bildirib ki, o bir dəfə də Rusiya istehsalı olan "Cənnətdən kuryer" bədii filmində çəkilib. "Öncədən danışmaq mənə düşmür. Ona görə, indidən bu barədə heçnə demək istəmirəm. Təklif var. Möhkəm qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün əlimdən gələni edirəm ",- o bildirib.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin