İngiltərə türkiyəli mühacirlərin qeyri-qanuni yollarla ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə Ankara ilə görüşmək qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin aparacağı danışıqlarda məqsəd qanunsuz türklərin ekstradisiyasıdır.
İngiltərə mətbuatı İngiltərəyə gedən qeyri-qanuni türk mühacirlərinin sayının 2022-ci ildə 1127-dən keçən il 3060-a yüksəldiyini, beləliklə də türklərin Əfqanıstan və İrandan sonra üçüncü yerdə olduğunu yazıb.
İngiltərə hökumət rəsmisi Manş boğazı vasitəsilə ölkəyə qayıqlarla gələn türklərin daha çox iqtisadi səbəblərdən İngiltərəyə qaçdığını bildirib.
Əfsanə
Manşet.az