Türkiyə İran ilə sərhədlərini bu səbəbdən bağladı

23:04 - 6 Oktyabr 2021

Türkiyə İran ilə sərhədlərini bu səbəbdən bağladı

Türkiyə və İran arasındakı Dilucu, Gürbulak, Kapıköy və Esendere sərhəd-keçid məntəqələrinin bağlandığı bildirilir.

Manşet.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, sərhəd-keçid məntəqələrinin bağlanmasına səbəb koronavirusun yayılması göstərilib.

Qeyd edək ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı. Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin