Fatih Terim yeni komandası ilə 2-ci oldu

22:25 - 7 Yanvar 2024

Fatih Terim yeni komandası ilə 2-ci oldu

Yunanıstan Superliqasının 17-ci həftəsində “Panatinaikos” və “Panetolikos” üz-üzə gəlib.

 

Manset.az xəbər verir ki, “Apostolos Nikolaidis” stadionunda keçirilən oyunda ev sahibi “Panatinaikos” 2:1 hesabı ilə qalib gəlib.

51 və 89-cu dəqiqələrdə "Panatinaikos"a qələbə qazandıran qolları Andraz Sporar vurub. Panetolikosun yeganə qolu 90+2. dəqiqədə Konyasporun köhnə oyunçusu Levan Shengelia-dan gəlib.

Fatih Terimlə 2-ni 2-yə çıxaran "Panatinaikos" xallarını 40-a yüksəldib və 1 matçdan çox fərqlə liderliyə yüksəlib. Panetolikosun 4 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb və xallarını 14-də saxlayıblar.

"Panatinaikos" gələn həftə Afina AEK-i qəbul edəcək.

Qeyd edək ki, "Panetolikos" "Aris"in qonağı olacaq.

Jalə

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin