19 yaşlı gürcü İtaliyanın elita klubuna keçdi - RƏSMİ

18:03 - 7 Yanvar 2024

19 yaşlı gürcü İtaliyanın elita klubuna keçdi - RƏSMİ

Gürcü mərkəz müdafiəçi Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Manset.az  xəbər verir ki, o, Kutaisi "Torpedo"sundan"Empoli"yə transfer olunub. 

Məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb. Gürcüstan U-21 millisinin formasını geyinən 19 yaşlı Saba ilə müddəti 2027-ci ilin yayınadək olan müqavilə bağlandığı bildirilib. 

Qeyd edək ki, 19 yaşlı Qoqliçidze "Torpedo"nun yetirməsidir. 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin