Masallıda Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO

11:01 - 6 Oktyabr 2021

Masallıda Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO

5 oktyabr 2021-ci il tarixində Beynəlxalq Müəllimlər günü münasibətilə Masallıda videomüşavirə keçirilib.

Manset.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlanıb.

Əvvəlcə çıxış edən Masallı RİHB-nin müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıraraq bildirib ki, Azərbaycanda gedən hərtərəfli inkişaf təhsil sistemində də nəzərə çarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada həyata keçirilən təhsil sisteminin uğurlarında rayonda fəaliyyət göstərən bütün pedaqoji kollektivlər yaxından iştirak edir. Heç təsadüfi deyildir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 109 maddəsinin 23-cü bəndini rəhbər tutaraq təhsilin inkişafında xidmətlərinə görə təltif etdiyi müəllimlər arasında Masallıdan olan pedaqoqlar-Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Mirtahir Həsənağa oğlu Abdullayev «Əməkdar müəllim», Bala Kolatan kənd tam orta məktəbinin direktoru Elmar Rəfail oğlu Qulamov isə «Tərəqqi» medalı ilə təltif edilib. Bu təkcə həmin müəllimlərə yox, bütöv Masallı təhsilinə verilən qiymətdir. Bu münasibətlə bütün müəllimlər adından Azərbaycan Prezidentinə təşəkürümüzü bildiririk. 44 günlük Vətən müharibəsində Masallıdan da olan 17 nəfər pedaqoji cəbhənin adamları da 30 il düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında fədakarlıq göstəriblər.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilin inkişafı və onun qabaqcıllar sırasına çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan T.Əkbərov, rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib və qeyd edib ki, bu il ümumtəhsil məktəblərinin XI sinfini bitirən 1473 şagirddən 600 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 173 nəfəri müəllim ixtisasını seçib.

Videomüşavirədə qabaqcıl müəllimlər fikir mübadiləsi aparıb.

Tədbirin yekunlaşdıran A.Qafarova bir qrup qabaqcıl müəllimlərə Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» adının verilməsi və Masallı RİH-nin Fəxri Fərmanlarının verilməsi haqqında sərəncamları oxunub.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin