Prokurorluq əməkdaşları Heydər Əliyevin 100 illiyi və Həmrəylik gününə həsr olunmuş tədbirdə iştirak etdi

20:00 - 30 Dekabr 2023

Prokurorluq əməkdaşları Heydər Əliyevin 100 illiyi və Həmrəylik gününə həsr olunmuş tədbirdə iştirak etdi

 

Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə dekabrın 30-da prokurorluq əməkdaşları Dövlət Akademik Flarmoniyasında keçirilən tədbirdə iştirak edib.

 

Manset.az xəbər verir ki, tədbirdə, həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları, eləcə də, media subyektləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Baş Prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2023-cü ildə prokurorluq orqanları tərəfindən dahi şəxsiyyətin əziz xatirəsinin yad edilməsi məqsədilə həyata keçirilmiş silsilə tədbirlərdən danışıb, bu ilin Azərbaycan dövləti və xalqı üçün olduqca uğurlu olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edildiyini, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Xankəndi şəhərində üç rəngli bayrağımızın dalğalanmağa başladığını vurğulayıb, prokurorluq əməkdaşlarını, həmçinin, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, onlara növbəti ildə faəliyyətlərində uğurlar arzulayıb.

Konsertdə solistləri bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.



Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin