Nazirdən Paşinyanın açıqlamasına REAKSİYA
15 Noyabr 2024
23:42 - 5 Oktyabr 2021
Fox TV-də yayımlanan "Umudun olsun” verilişinin aparıcısı Fulya Öztürklə jurnalist Fatih Portakal arasında qarşıdurma yaşanıb.
Manşet.az xəbər verir ki, Portakal Fulyanın canlı yayımda Cəlal Bilin adlı şəxsin həyat yoldaşı olduğunu iddia etdiyi qadının intim görüntülü videosuna baxmasını tənqid edib. O, bununla əlaqədar Tvitterdə yazıb: "Bu və buna bənzəyənlərə veriliş deyilməməlidir. Sadəcə reytinq məqsədli mənasız, iyrənc məzmun. Belə mövzulara icazə verənlərdədir günah. "Xalq bunu izləyir, istəyir” demək prinsipial deyil”.
Fatih Portakalın sözlərinə Fulyanın reaksiyası gecikməyib. Öztürkün qeyd edilən tvitə reaksiyası sərt olub:
"Qoyduğu başlığa bax: "Pornoqrafik görnütü izlətdi”. Verilişdə narahatlıq verdimsə, həm öz adıma, həm də komandam adına üzr istəyirəm. Ancaq bu adam bir videodan bəhs edir. Orada iz var deyir. Bunların hamısı reallıqdır. Türk televiziyalarında nələr oldu mən sayım? Çörək yediyiniz yerə söz deyə bilməzsiniz. Mənim çox sevdiyim insanlara nə oldu? Başqaları ensestlə məşğul olarkən, niyə heç biriniz 15 gün ərzində bu mövzuda fikir bildirmədiniz? Niyə, niyə çörək yediyiniz yerə söz deyirsiniz? Bax, CNN Türk kanalından gəlmişəm. 15 ilimi verdim. Oradan şərəf və sevgi ilə ayrıldım. Bir gün CNN Türk haqqında danışsam, məndən qorxun. Çünki çörək yediyim yerdən danışıramsa, sabah buradan da danışacam. Bu, insanın duruşudur, xarakterdir”.
(Qafqazinfo)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin