Nazirdən Paşinyanın açıqlamasına REAKSİYA
15 Noyabr 2024
21:18 - 5 Oktyabr 2021
Gürcüstanda koronavirusla bağlı tətbiq edilən bir neçə məhdudiyyət aradan qaldırılıb.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Koronavirusla Mübarizə üzrə Dövlət İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Georgi Qibradze açıqlayıb.
Onun sözlərinə görə, restoranlarla bağlı məhdudiyyət sabahdan aradan qaldırılır. Belə ki, restoranlar Tbilisi vaxtı ilə 22:00 əvəzinə 23:00-a kimi fəaliyyət göstərə biləcək.
Bununla yanaşı, Gürcüstanda konsert və festivalların keçirilməsinə qoyulan qadağalar da ləğv edilib. Belə ki, ölkədə epidemioloji vəziyyətlə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi qadağan idi.
Bildirilir ki, Gürcüstanda epidemioloji vəziyyət son günlər yaxşılaşmağa başlayıb və yoluxanların sayı azalmağa doğru gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin