COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
15:45 - 15 Dekabr 2023
Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirən ümumi dəyər və demokratik dövlət uğrunda mübarizənin əsas məqsədidir. Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılması vətənimizin gücü, qüdrəti, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və demokratik inkişafının təmin edilməsi deməkdir. Azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycançılıq ideologiyasının təbliğ edilməsi və ideologiya ətrafında azərbaycanlıların birləşməsi çox vacib çox önəmli mövzulardan biridir.
Naqif Həmzəyev vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyevin sovetlər dövründə hakimiyyət illərində milli kardlara dəstə verməsi, ümumilikdə, azərbaycançılıq ideologiyasının inkişafına və yeni dövr üçün yeni vəzifələr qarşısında tab gətirməsinə və müstəqillik dövründə də bu missiyanın daha da inkişaf etməsinə səbəb oldu:
"20-ci əsrin əvvəllərində azərbaycançılıq məfkurəsinin yaranması və azərbaycançılıq ideologiyası ətrafında ziyalılarımızın birləşməsi nəticə etibari ilə Şərqdə ilk demokratik Azərbaycan Cumhuriyyətinin yaranması ilə nəticələndi. Amma təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay mövcud oldu. Sonradan Sovet Azərbaycanı dönəmində azərbaycançılıq ideologiyasının daha çox sovet ideologiyasının və ittifaq məngənəsinin təsiri altında müəyyən dərəcədə çətin dövrlərini yaşadı. Amma bütün bunlara baxmayaraq məhz azərbaycan dilinin qorunub saxlanması, Azərbaycan həqiqətlərinin ziyalılar tərəfindən qorunması, yaşadılması çətinliklə də olsa mümkün oldu. Ancaq etiraf edək ki, məhz Ulu öndər Heydər Əliyevin Sovetlər dönəmində mühüm vəzifələrə gəlməsindən sonra, həm komitə sədri olduqda, daha sonra birinci katib seçildiyi dönəmlərdə milli kadrların qorunub saxlanması, seçilərək vəzifələrə gətirilməsi, milli kadrların sayının artırılması və nəticə etibari ilə azərbaycançılıq ideologiyasının yeni dönəminin başlanması müşahidə olunmaqdadır. Həmin dövrdə Azərbaycan konstitusiyasında Azərbaycan dili dövlət dili olaraq təsdiq edilməmişdi. Ancaq Ulu Öndər Heydər Əliyev məhz 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində çox mühüm vəzifədə çalışdığı ilk dönəmdə məhz Azərbaycan dilində ziyalıların qarşısında çıxış etməsi yeni bir dönəmin başlanğıcı kimi dəyərləndirilməlidir. Məhz dilimizə bu cür qiymətin verilməsi, Azərbaycan dilinin daha sonradan Azərbaycan SSR-nin Konstitusiyasına dövlət dili kimi salınması çox böyük inqilab idi. Bundan sonra artıq rus dili ilə yanaşı Azərbaycan dilinin də inkişaf etdirilməsi bu gün ki günümüzə bu cür nəfis və güclü formada gəlib çıxması üçün əsas zəmin rolunu oynadı. Dilin inkişafı nəticə etibarı ilə həmin dildə danışan xalqların və millətlərin bir arada birləşməsi və bir ideologiyaya xidmət etməsi üçün zəmin rolunu oyana bilir. Bu baxımdan sonrakı dövrlərdə də Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə xidmət edən milli kardların formalaşmasını Ulu Öndər Həydər Əliyev reallaşdıra bildi. Beləliklə, azərbaycançılıq ideologiyası ətafında həm azərbaycanda yaşayan soydaşdaşlarımız həmçinin, ölkədən kənarda yaşayan 50 milyondan çox azərbaycanlı birləşə bildi. Azərbaycan diasporu formalaşdı, ümumilikdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, məhz azərbaycançılıq ideologiyası prizmasında həyata keçirildi və Azərbaycanda yaşayan bütün millətlər və xalqlar bu ideologiyaya sadiq qaldılar."
Deputat bildirib ki, Azərbaycançılıq ideologiyası əsasında həyata keçirilən bütün ideoji işlər İkinci Qarabağ savaşı zamanında öz bəhrəsini vermiş oldu:
“Cənab Prezident İlham Əliyevin dövründə yetişən bu gənclər azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirdilər. Hətta Qarabağda yaşamayan, Qarabağı görməyən Azərbaycan gəncləri, vətənpərvərlik ruhunda yetişdirilən soydaşlarımız canları və qanları bahasına torpaqlarımızın işğaldan azad edilməsi üçün ölümün gözünə dik baxdılar Biz müstəqillik illərinin ilk dönəmində, həmçinin, İkinci Qarabağ savaşına qədər əgər müdafiə taktikasını yerinə yetirirdiksə, İkinci Qarabağ savaşından sonra isə Azərbaycan tamamilə yanaşmaları dəyişdirdi. Bu gün artıq azərbaycançılıq ideologiyası birbaşa olaraq Azərbaycanın zəfərinin dünya tərəfindən qəbul edilməsi üçün bir missiya yerinə yetirir. Diaspor nümayəndələri bu zəfərin ədalətli və ləyaqətli olmasını dünyaya çatdırır. Azərbaycanın bu uğurları dünya tərəfindən də qəbul edilir. Bu gün region dövlətləri Azərbaycanın yaratdığı bu yeni reallıqları qəbul edir. Ali baş komandan, xalq, ordu birliyi bizə qazandırdığı bu zəfər bizə yeni güc qatır. Bu bizə imkan yaradır ki, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşək, Azərbaycanımızın suverenliyini və ərazi bütövlüyünü qoruyaq təhlükəsizliyimizi təmin edək. Ümumilikdə Azərbaycanda yetişən yeni nəslin bu ideologiyaya sadiqliyini qoruyaq. Ulu öndər siyasətinə sədaqət, cənab Prezident ilə vəhdət, bağlılıq, və ümumilikdə Azərbaycanın gələcəyini düşünmək azərbaycançılıq ideologiyasının əsas alt mövzularından biridir”.
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar Məmmədov isə mövzu ilə bağlı qeyd edib ki, azərbaycançılıq, Azərbaycan həqiqətlərini dünyaya çatdırılması işi xaricdə yaşayan azərbaycanlıların əsas vəzifələrindən biridir:
“Biz Azərbaycanı Ukraynada daha yaxşı tanıtmaq üçün Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə poçt markası buraxılmaqdan tutmuş, “Xarı bülbül” festivalı keçirilməyədək işlər görürük. Azərbaycan dilində nağıl kitablarından tutmuş, Azərbaycan tarixini özündə əks etdirən kitabları Ukrayna dilində çap etdirərək təbliğ edirik. Mübariz İbrahimovun şərəfinə buraxılan poçt markası alyansın uğurlu təşəbbüsüdür. Milli bayramlar və yaxud dini bayramlar zamanı hökmən milli kulinariyamızla yerli millətləri tanış edirik. Əslən azərbaycanlı olan, ali təhsilli soydaşlarımızın övladları, hansı ki, Digər ölkələrin vətəndaşlarıdırlar, onlarla ciddi iş aparırıq. Onların müxtəlif dövlət qurumlarında təmsil olmaları üçün çox böyük təbliğatı işlər aparırıq. Azərbaycanın böyük sənət adamlarının heykəllərini başqa dövlətlərdə ucaltmaqla xalqımızın tanınmış simalarını dost xalqlara da tanıdırıq. Bu gün Ukraynada Müslüm Maqomayev, Nəsimi, Nizami və s. tanınmış azərbaycanlıların heykəlləri qoyulub ki, bu da Azərbaycana, azərbaycançılığa xidmət edir. Düşünürük ki, bu tipli işlər həmişə aparılmalıdır”.
6.3.9. azərbaycançılıq ideyasının təbliği;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin