Qaçışçı marafon yarışı zamanı öldü

18:30 - 5 Oktyabr 2021

Qaçışçı marafon yarışı zamanı öldü

Fransalı qaçışçı 6 günlük Saxara (Böyük Səhra) marafonu zamanı dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, 50 yaşlı atlet səhranın Mərakeş hissəsində təşkil olunan yarışın ikinci mərhələsində mübarizə apararkən qəflətən vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.

Qaçışçı marafondan öncə bütün tibbi müayinələrdən keçib və səhhətində hər hansı problem aşkarlanmayıb. Təşkilatçılar atletin kimliyini anonim saxlamağa qərar veriblər.

Qeyd edək ki, əsl adı "Marathon des Sables" olan yarış 1986-cı ildən keçirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin