Pasportu oğurlandığı üçün Fransadan Türkiyəyə gələ bilməyən məşhur aktrisa Melisa Aslı Pamuk rol aldığı “Kadinlara Mahsus” filminin qala gecəsinə qatıla bilməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pamuk sosial media hesabından paylaşım edərək çox üzgün olduğunu bildirib.
Pamuk açıqlamasında “Çox yaxşı iş gördük. Əməyi keçən hər kəsə təşəkkür edirik. Kassamız bol olsun” deyib.
Qeyd edək ki, dünən axşam İstanbulda qala gecəsi baş tutan “Kadinlara Mahsus” filmində Melisa Aslı Pamuk, Şebnem Sönmez, Başak Parlak, Ceyda Düvenci, Aslı Tandoğan, Elifcan Onqurlar, Müjde Uzman və Merve Çağıran rol alıb.

Əfsanə
Manşet.az