Atəşkəs və girov mübadiləsi başa çatdıqdan sonra İsrailin Fələstinli mülki şəxslərə qarşı hücumları davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzza Səhiyyə Nazirliyi İsrail qüvvələrinin şimaldakı Əl-Avda xəstəxanasını hərbi kazarmaya çevirdiyini və 80-i tibb işçisi olmaqla 240 nəfəri girov götürdüyünü açıqlayıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında barışıq çərçivəsində noyabrın 24-ü cümə günü saat 08:00-da qüvvəyə minən “humanitar fasilə” dekabrın 1-i səhər saatlarında başa çatıb.
Əfsanə
Manşet.az