Şahzadə Diananın paltarı rekord qiymətə satıldı

12:25 - 19 Dekabr 2023

Şahzadə Diananın paltarı rekord qiymətə satıldı

Ölümündən 26 il keçməsinə baxmayaraq, Britaniya xalqının qəlbində xüsusi yeri olan Uels şahzadəsi Diananın gecə paltarı Los-Ancelesdə yerləşən Julien's Auctions hərrac evi tərəfindən hərracda rekord qiymətə satılıb.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şahzadənin ilk dəfə 1985-ci ildə Florensiyada geyindiyi paltar 1 milyon 148 min dollara satılıb.

Gözlənilən qiymətindən 11 dəfə baha satılan qara-göy rəngli gecə paltarı dizayner Jak Azaquriyə məxsusdur.

Hərracçı şahzadə Dianaya məxsus paltarın indiyə qədər hərracda satılan ən bahalı paltar olduğunu bildirib.

exehldd-g024tda3kfwxcq.webp

Əfsanə

Manşet.az

 


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin