Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı

18:09 - 4 Oktyabr 2021

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı reallaşıb.

Manşet.az xəbər verir ki, "Antalyaspor" klubu Ərsun Yanalla yollarını ayırıb. Buna səbəb komandanın uğursuz nəticələridi. 8-ci turda doğma meydanda "Adana Dəmirspor"a 1:2 hesablı məğlubiyyətdən sonra Antanya təmsilçisinin rəhbərliyi 59 yaşlı mütəxəssisin vəzifəsinə son verib.

Qeyd edək ki, Ərsun Yanal 2020-ci ildən Super Liqa təmsilçisinin baş məşqçisi idi.

"Antalyaspor" 8 turdan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin