Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
20:54 - 3 Oktyabr 2021
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Manset.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Qəbələ"nin qəbul edib. "Azersun Arena"da keçirilən mərkəzi qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hər 2 qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir hesabı açıb. 66-cı dəqiqədə isə Ramil Şeydayev görüşdə son nöqtəni qoyub. Bu, "Qəbələ"nin cari mövsümdə ilk məğlubiyyəti olub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Qırmızı-qaralar" isə 11 xalla 3-cü pilləyə geriləyib.
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin