"O qədər küsüb atası evinə gedib ki..."

19:37 - 8 Dekabr 2023

"O qədər küsmüşük... 13 ildir bir yerdəyik. O qədər küsüb atası evinə gedib".

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Rəngarəng səhər" proqramında deyib. Xanımı Təranədən danışan ifaçı aralarında yaşanan küsülülükdən bəhs edib.

"Əvvəl daha dəli-dolu idim. O da küsürdü, bir həftə dayanırdım. İkinci həftə deyirdim, yox nəsə çatmır. Elə olub ki, ona mahnı həsr edib, barışmışam" deyə, Kərim əlavə edib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin