Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçının bilet qiymətləri təəccübləndirdi

11:51 - 06 Dekabr 2023

Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçının bilet qiymətləri təəccübləndirdi

Türkiyə Futbol Federasiyası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Qalatasaray"la "Fənərbaxça" arasında keçiriləcək Superkubok matçının bilet satışına başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, satışa çıxarılan biletlərin qiyməti 125 ilə 18.000 Səudiyyə Ərəbistanı riyalı arasında dəyişir. Bu, cari məzənnə ilə ən ucuz bilet 965 lirə, ən bahalı bilet 138 911 lirəyə uyğun gəlir. Futbolsevərlər qiymətlərin 965 lirədən başlamasına təəccüblənsələr də, ən aşağı məbləğin daha yüksək olacağını gözlədiklərini bildiriblər.

TFF-dən mövzu ilə bağlı edilən açıqlamada, "2022-2023 Mövsümü Super Liqa çempionu Qalatasaray və Ziraat Türkiyə Kubokunun çempionu "Fənərbaxça" arasında 29 dekabr 2023-cü il, cümə günü 20.45-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Əl-Əvval Parkda oynanılacaq 2023 Turkcell Super Kuboku matçı üçün ümumi bilet satışı başladı” deyə qeyd edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az