Baxış sayı əldə etmək üçün təyyarəni qəsdən qəzaya uğradan və açıqlamasında hadisənin qəza olduğunu bildirən amerikalı Youtuber həbs cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, video qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Lakin 30 yaşlı Trevor Yakob adlı Youtuber 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kaliforniyadakı federal prokurorluğu bildirib ki, Yakob bu cinayəti özü üçün sosial media və xəbərləri işıqlandırmaq və maddi qazanc əldə etmək üçün törədib.
2021-ci ilin dekabrında baş verən hadisədə Yakob əlindəki selfi çubuğu ilə təyyarədən tullanaraq paraşütlə yerə endiyi anların görüntülərini paylaşmışdı. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra qəzaya uğrayıb.
Əfsanə
Manşet.az