Fransada "telsiz dinləmə" işində keçmiş prezident Nikola Sarkozinin seçki kampaniyasını qanunsuz maliyyələşdirmək ittihamı ilə 1 il şərti həbs cəzası istənilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, noyabrın 8-də Fransanın Paris Apellyasiya Məhkəməsində “Bygmalion” kimi tanınan "telsiz dinləmə" işi çərçivəsində Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahlandırılıb.
Sarkozinin seçki kampaniyasına 42,8 milyon avro xərclədiyi, yəni qanuni 22,5 milyon avro limitini 20,3 milyon avro keçdiyi bildirilib.
Sarkozi seçki xərclərini partiya fəaliyyəti kimi qələmə vermək üçün kampaniya aparan “Bygmalion” şirkətindən saxta hesab-fakturalar almaqda ittiham olunur.
Əfsanə
Manşet.az