Nigeriyada yanacaq yüklü tankerin sərnişin avtobusu və iki avtomobilə çırpılması nəticəsində baş verən zəncirvari yol qəzasından sonra baş verən yanğında 25 nəfər ölüb, 15 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müalicə altında olanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Ölənlərin sayının arta biləcəyi qeyd olunub.
Qəza ilə bağlı istintaq başladılıb.
Əfsanə
Manşet.az