Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024
18:14 - 28 Noyabr 2023
“Barbie” filminin aktrisası Margot Robbie pərəstişkarlara dünyanın ən məşhur oyuncağının hekayəsinin davamını gözləməli olub-olmaması haqda danışıb.
Manset.az xəbər verir ki, bu barədə Margot Robbie "Associated Press" ə açıqlama verib.
O, açıqlamasında “Barbie” filminin davamının lazımsız olduğunu deyib. Aktyor onu da bildirib ki, filmin davamı üçün heç bir plan yoxdur.
Beyazperdenin verdiyi xəbərə görə, studiyanın filmdə rol alan insanlar üçün davam variantının olmadığı bilinir. Əgər "Barbie 2" filmi çəkiləcəksə, Robbi, Rayan Qoslinq və həmmüəllif (rejissor) Qreta Qerviqlə yeni müqavilələr bağlanmalı olacaq.
Qeyd edək ki, "Barbie" 2023-cü ilin ən çox qazanan filmi və solo qadın rejissorun ən çox gəlir gətirən filmi olub və dünya üzrə 1,4 milyard dollardan çox gəlir əldə edib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin