Süni intellektdən sosial media fenomeni yaradıldı

12:32 - 28 Noyabr 2023

Süni intellektdən sosial media fenomeni yaradıldı

“The Clueless” dizayn agentliyi tərəfindən süni intellektə sahib olan model “Aitana” sosial media fenomeninə çevrilməyə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İnstaqram sosial media platformasında 130 min izləyicisi olan Aitana aylıq 12 min 600 dollardan çox qazanır.

Dizayn dünyasının tələb olunan virtual modelinə çevrilən Aitana çəhrayı saçları və mükəmməl qarın əzələli ispan qadındır.

Dizayn agentliyinin qurucusu Ruben Kruz bildirib ki, Aitanın uğuru “The Clueless”in digər virtual modellərə tələbatını artırıb.

Kruz süni intellektin gələcəkdə gümüzün internet fenomenlərini əvəz edəcəyini qeyd edib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin