İsrailli məhbusdan HƏMAS-a emosional məktub: “Sonsuza qədər sizə minnətdarlığın əsiri olacağam”

12:03 - 28 Noyabr 2023

İsrailli məhbusdan HƏMAS-a emosional məktub: “Sonsuza qədər sizə minnətdarlığın əsiri olacağam”

HƏMAS bu yaxınlarda azad etdiyi Danielle adlı israilli məhbusun tuneldə olarkən yazdığı məktubu paylaşıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Danielle HƏMAS-ın ona və qızına çox yaxşı münasibət bəslədiyini bildirib və məktubunda onlara dəfələrlə təşəkkür edib.

Danielle bildirib ki, sonsuza qədər sizə minnətdarlığın əsiri olacağam, çünki qızım buranı heç bir daimi psixoloji travma ilə tərk etmədi:

"Son bir neçə həftədir məni müşayiət edən generallara... Deyəsən sabah yollarımızı ayıracağıq, amma sizə ürəkdən təşəkkür edirəm. Qızım Emiliyaya göstərdiyini fövqəladə insanlığa görə minnətdaram. Siz onun valideyni kimi idiz, onu istədiyi vaxt otağınıza dəvət edirdiniz. Hamınızın sadəcə dost deyil, eyni zamanda həm də əsl, gözəl qəlbli? mehriban insanlar olduğunuzu hiss etdi. Sizin sayənizdə qızım özünü Qəzzada kraliça kimi görürdü. Bizə mehribanlıq, qayğı və sevgi ilə yanaşmayan bir nəfərə belə rast gəlmədik. Sonsuza qədər sizə minnətdarlığın əsiri olacağam, çünki qızım buranı heç bir daimi psixoloji travma ilə tərk etmədi. Çətin vəziyyətdə olduğunuza və Qəzzada verdiyiniz ağır itkilərə baxmayaraq, mehriban davranışınızı xatırlayacağam. Hamınıza və ailənizə cansağlığı və sevgi arzulayıram. Çox sağ olun".

Özgürlüğüne kavuşan İsrailli esirden Hamas'a duygusal mektup: Kızım sizin sayenizde kendini kraliçe olarak gördü

Əfsanə

Manşet.az

Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin