Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
20:14 - 1 Oktyabr 2021
Naməlum şəxslər Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin yaşadığı "La Royal Monceau" hotelini qarət ediblər.
Manşet.az "Daily Mail"ə istinadən xəbər verir ki, cinayətkarlar binanın damından enərək içəri daxil olublar. Onlar aregentinalı hücumçunun qaldığı mərtəbənin üzərindəki 4 otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Zərərin on minlərlə avro olduğu ehtimal edilir.
Ailəsi ilə birlikdə hoteldə yaşayan futbolçunun fərdi ev aldığı və tezliklə oraya köçəcəyi bildirilir.
Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin