“Pfizer” vaksininin saxlanma müddəti uzadıldı

18:07 - 1 Oktyabr 2021

“Pfizer” vaksininin saxlanma müddəti uzadıldı

ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə “Pfizer” vaksininin saxlanma müddətini uzadıb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı FDA yayıb.

Vaksinin saxlanma və istifadə olunması ilə bağlı yeni qaydalara əsasən, 2021-ci ilin may ayında istehsal olunan koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksininin saxlanma müddəti 3 ay, yəni 2022-ci ilin fevral ayına qədər uzadılıb.

Əvvəllər bu müddət istehsal olunma tarixindən başlayaraq 6 ay idi. Beləliklə, artıq “Pfizer” vaksininin saxlanma müddəti 9 ay təşkil edir.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin