Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
18:07 - 1 Oktyabr 2021
ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə “Pfizer” vaksininin saxlanma müddətini uzadıb.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı FDA yayıb.
Vaksinin saxlanma və istifadə olunması ilə bağlı yeni qaydalara əsasən, 2021-ci ilin may ayında istehsal olunan koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksininin saxlanma müddəti 3 ay, yəni 2022-ci ilin fevral ayına qədər uzadılıb.
Əvvəllər bu müddət istehsal olunma tarixindən başlayaraq 6 ay idi. Beləliklə, artıq “Pfizer” vaksininin saxlanma müddəti 9 ay təşkil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin