İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
13:54 - 1 Oktyabr 2021
"İsmayıl Məmmədov bacımı qətlə yetirməmişdən bir gün əvvəl onu xidməti dubinka ilə döymüşdü".
Manset.az xəbər verir ki, bunu report-a açıqlamasında polis həyat yoldaşı tərəfindən güllələnərək öldürülən Xanım Məmmədovanın qardaşı Aqil Əliyev deyib.
O bildirib ki, ailəli olduqları 8 il ərzində X.Məmmədova dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb: "Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olub və ailə qurublar. Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq, deyirdik körpə övladların var, bəs onların sonrakı taleyi necə olacaq!? Bacım bir neçə dəfə uşaqlarını da götürərək evdən qaçaraq Bakıda yaşayan qardaşımın evinə sığınmışdı.
Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzr istəmişdi və bir daha belə halın təkrarlanmayacağına söz vermişdi. Bundan sonra barışmışdılar. Bacım dəfələrlə əri tərəfindən döyülsə də polisə şikayət etməyi düşünmürdü. Lakin sonuncu dəfə bacımı xidməti dubinka ilə möhkəm döymüşdü. Bacım da uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə getmişdi. Bunu bilən İsmayıl Məmmədov da arvadının dalıyca 24-cü Polis Şöbəsinə gedərək bacıma hücum edib. Bunu görəmn polis əməkdaşları onu sakitləşdirib və şöbənin həyətindən çölə çıxarıblar. Daha sonra sakitləşdiyini və uşaqlarını görmək istədiyini deyərək şöbəyə daxil olub. Elə hadisə də bundan sonra baş verib. İki azyaşlı körpəsinin gözləri önündə bacımı güllələyərək qətlə yetirib".
A.Əliyev əlavə edib ki, bacısının iki azyaşlı körpəsi onların himayəsinə verilib.
Qeyd edək ki, həyat yoldaşı tərəfindən qətlə yetirilən Xanım Məmmədova əslən Qax rayonunun Cəlayir kəndindəndir. Onun meyiti bu gün Qax rayonuna gətiriləcək. və ailəsinin istəyi ilə bir gün evdə saxlanıldıqdan sonra sabah səhər saatlarında Cəlayir kənd qəbiristanlığında dəfn ediləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin