Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
13:44 - 1 Oktyabr 2021
"Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsınızsa, tribunalarımızı təhrik edirsiniz. Amma rəqib fanatlar dayanmadan yunan bayrağı, erməni bayrağı açdılar, səs bombaları atdılar".
Manset.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim Fransada "Marsel"lə qolsuz heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyununda yaşananlarla bağlı danışarkən deyib.
69 yaşlı mütəxəssis "sarı-qırmızı"lı fanatların ürəkləri ilə komandaya dəstək olduğunu və onları tək buraxmadığını bildirib: "Bu, asan məsələ deyil. Haqlıdırlar. Böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı. Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər".
Qeyd edək ki, görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.
Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin