İki qatar toqquşdu: 25 nəfər xəsarət aldı

16:17 - 23 Noyabr 2023

İki qatar toqquşdu: 25 nəfər xəsarət aldı

Rusiyanın Ulyanovsk vilayətinin Kuybışev şəhərində iki sərnişin qatarı üz-üzə toqquşub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, toqquşması nəticəsində baş verən qəzada 25 nəfər xəsarət alıb.
Qəza nəticəsində sərnişin qatarında 400 sərnişinin olduğu, 25 sərnişinin isə yaralandığı açıqlanıb.

Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza yerində 5 sərnişinə tibbi yardım göstərildiyini, xəstəxanalarda müalicə alan sərnişinlərin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az