Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

13:14 - 3 Noyabr 2023

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası müəyyən edilərkən regionların inkişafı mühüm əhəmiyyət kəsb edir. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, əhalinin məşğulluğunu artırmaq, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində dövlət sistemli tədbirlər həyata keçirir. Regionlarımızın inkişafı ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından təcrid edilmir. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib ki, dövlətin əsas prioritet sahələri yaxın 5 il üçün bölgələrdə iş yerlərinin təmin edilməsidir:

Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

“Regionlarla əlaqədar dövlətin 4 proqramı olub. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf proqramı təsdiq edilib. O proqrama uyğun olaraq regionlarda əksər yerlərdə infrastruktur layihələri həyata keçirilir. Həll olunmayan məsələlər də var. Onun üçün müəyyən qədər vaxt lazımdır. Son vaxtlar daha çox diqqət işğaldan zad olunmuş ərazilərə yetirilir. Lakin ümumi olaraq regionlar yaddan çıxmır, müəyyən işlər görülür. Regionlarda ən ciddi problem iş yerlərinin az olmasıdır. Azərbaycan dövlətinin və hamımızın qarşısında dayanan əsas məqsəd hər yerdə özünün təsnifatına uyğun olaraq iş yerlərinin açılmasıdır. Məsələn, Quba-Xaçmaz meyvə-tərəvəz zonası olduğu üçün orda emal və digər sənaye müəssisələrinin yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Son vaxtlar istisadiyyat naziri tərəfində bu sahədə çox işlər görülür. Çox yerdə sənaye aparatları və aqraparklar tikilib. Bəzi rayonlarda, misal üçün, Sumqayıtda bir neçə ildə 12 minə yaxın iş yeri açılıb. Amma bölgələrdə bu məsələ ürək açan deyil. Çalışmalıyık ki, insanlar bölgələrdən köçüb şəhərə deyil, əksinə şəhərdən köçüb bölgələrə getsinlər. Belə bir proqramlar hazırlamıb işlənir. Yəqin ki, 3-5 il ərazində müəyyən dəyişikliyin şahidi olacağıq”.   

Millət vəkili qeyd edib ki, keçən 3 il ərazində kifayət qədər çox böyük işlər görülüb: 

“İşğaldan azad olunmuş əraziləRə gəlincə isə 2020-ci ildən bu yana həmin ərazilərə təxminən 12 milyard manata yaxın vəsait sərf edilib. Bu vəsaitlərin hamısı dövlət büdcəsindən təmin olunub. Azərbaycan həmin ərazilərin bərpası üçün kənardan heç kimdən vəsait almayıb. O cümlədən, gələn il dövlət büdcəsində 4 milyard manata yaxın vəsait nəzərdə tutulub ki, həmin işlər davam etdirilsin. İşğaldan azad olanmuş ərazilərin bərpası üçün xeyli vaxt və çoxlu məbləğ lazımdır. Bəlkə də 100 milyarda yaxın vəsait lazımdır ki, həmin əraziləri yenidən quraq. Amma bütün bu işlər 3 il ərazində görülən işlər cənab prezidentin şəxsən rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilib. İnandırım ki, 3 ildə görülən işləri bəlkədə başqa millətlərdə heç 5-10 il ərzində görə bilməzdilər. Həmçinin, hər bir rayonun planı şəhər salma və arxetektura komitəsi tərəfindən təsdiq edilib. Dövlət 2026-cı ilə qədər qayıdış planlamasını təsdiq edib. Bütün mərhələlər üzrə məsələlər ona uyğun olaraq öz həllini tapır”. 

İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, regionların sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi ölkənin inkişafı deməkdir:

Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"

“Ümumi regionların problemimə gələndə bu iqtisadiyyatla bağlı məsələdi. Gələcək illərdə regionlarda sosial-iqtisadi problemlərin həlli istiqamətində layihələt nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimizə gəlincə isə bu, ölkəmiz üçün çox əhəmiyyətlidir. ərazilərimizin işağdan azad olması təkcə kvadrad kilometrlə torpaq sahəmizin artması, Konstitusiyamızın tələblərinin icrası, hüquqi baxımdan ədalətin bərpa edilməsi deyil, həm də ölkəmiz üçün böyük iqtisadi əhəmiyyət də daşıyır. Birincisi bu regionların kənd təsərrüfatı əhəmiyyəti var. Həm əkinə yaralı torpaqlar, həm də suvarma imkanları genişdir. Orda mühüm su anbarları yerləşir. İkincisi, həmin ərazilərin enerji potensialı yüksəkdir. Bununla bağlı ölkəmiz üçün yeni inkişaf istiqaməti müəyyənləşdirmişik. Həmçinin, həmin ərazilərdə faydalı qazıntı yataqları mövcuddur. Bu ölkə üçün valyuta gəliri baxımından olduqca əhəmiyyətlidir. Bundan başqa böyük iqtisadi əhəmiyyətə malik turizm potensialına sahibdir. Burda növbəti böyük üstünlük kommunikasiya xətləridir. Bunun da çox böyük üstünlükdə bu ola bilər. Bölgəmizdən keçən yolların daha intensiv istefadəsinin ölkəmiz üçün çox əhəmiyyətli nəticələrinin olacağı gözlənilir. Hökumət bu imkanlardan planlı şəkildə istifadə etməyi fikirləşir”. 

 

6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Əfsanə Rəcəb

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin