Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

21:14 - 30 Sentyabr 2021

Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.

Manşet.az xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb. Keçmiş nazir 2 ay müddətinə həbs olunub.

Tonoyanın vəkili Sergey Ovannisyan bildirib ki, Tonoyan özünü təqsirli bilmir və apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, daha əvvəl Tonoyanla yanaşı, silah alverçisi David Qalstyan da saxlanılıb.

Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.

 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin