Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
21:14 - 30 Sentyabr 2021
Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.
Manşet.az xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb. Keçmiş nazir 2 ay müddətinə həbs olunub.
Tonoyanın vəkili Sergey Ovannisyan bildirib ki, Tonoyan özünü təqsirli bilmir və apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, daha əvvəl Tonoyanla yanaşı, silah alverçisi David Qalstyan da saxlanılıb.
Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin