Bu filiz yataqlarının işlənməsi Türkiyə şirkətlərinə VERİLDİ

19:29 - 30 Sentyabr 2021

Bu filiz yataqlarının işlənməsi Türkiyə şirkətlərinə VERİLDİ

“Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalandı”.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Tvitter hesabında paylaşıb.

“İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək”, - nazir qeyd edib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin