Beynəlxalq Kosmik Stansiyadakı qadın astronavtlar Jasmin Moghbeli və Loral Ohara günəş panelini təmir etmək üçün kosmosa çıxıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu sırada istifadə etdikləri alətlər qutusu əllərindən sürüşərək kosmosa düşüb.
Torbanın saatda 27 min kilometr sürətlə Yer ətrafında dövr etdiyi müəyyən edilib.
Yer səthindən 321 kilometr hündürlükdə olan çantanın yerini yapon astronavtı Satoşi Furukava təsadüfən Fuji dağının fotosunu çəkərkən müəyyən edib.
NASA nəzarətçiləri kosmik zibil kimi təsnif etdikləri alətlər qutusunun stansiya üçün təhlükə yaratmadığını və yaxın bir neçə ay ərzində Yer atmosferinə düşərək yanacağını bildiriblər.
Əfsanə
Manşet.az