Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
11:30 - 30 Sentyabr 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsayev Ayxan İlqar oğlunun hazırda ayağına protezin qoyulmamasının səbəbini açıqlayıb.
Manset.az xəbər verir ki, qurumun yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qazi protezlə təmin olunacaq:
“Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü İsayev Ayxan İlqar oğluna bu il iyulun 7-də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə qeyd olunan ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldır amputasiyası, bud arteriyasının travması diaqnozuna uyğun olaraq ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var. Bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir”.
“Qazinin ayağının güdül hissəsi tam sağalaraq formalaşdıqdan sonra son nəsil protezlə təmin ediləcək. Bu barədə qazinin özü ilə də əlaqə saxlanılaraq ətraflı məlumat verilib”, - deyə T.Qurbanov qeyd edib.
Qeyd edək ki, Ayxan İsayev müsahibələrinin birində hər dəfə xəstəxanaya müalicəyə gedən zaman ayağına protez qoyulacağına ümid edir.
Xatırladaq ki, A.İsayevin ailəsi maddi çətinliklə üz-üzədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin