Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
09:11 - 30 Sentyabr 2021
Həkimlər yemək bişirərkən hansı səhvin qidada kanserogen maddə yaratdığını açıqlayıb.
Manset.az medicin.az-a istinadən xəbər verir ki, istənilən qidanın düzgün hazırlanmaması onun mənfi təsirini artırır.
Belə ki, yeməklərin termiki işlənməsi, yəni qızardılması, çox yüksək temperaturda hətta sobada belə bişirilməsi orqanizmi qocaldan sərbəst radikallar və kanserogen maddələri aktivləşdirir.
Xüsusən ətin çox yüksək odda qızardılması, bişirilməsi zamanı yağ qazabənzər maddələrə parçalanır. Bu zaman məhsulun keyfiyyəti düşür, qida yüksək kanserogen təhlükəli olur.
Mütəxəssislər əti suda, buxarda və ya qrildə bişirməyi tövsiyə edir. Eləcə də qaynatma, soyutma yemək daha faydalıdır. Qrildə bişirən zaman ətin yağı tavanın, qazanın dibindəki yağa qarışıb qızmır, qazlara ayrılmır, yağ ətin səthindən özü ayrılıb axır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin