İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - YENİLƏNDİ (FOTOLAR)
19 May 2024
18:03 - 10 Noyabr 2023
Almaniya kansleri Olaf Şolts Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edə biləcəyini bildirib.
Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, buna hazır olmağa çağırıb.
Kansler qeyd edib ki, Rusiyanın hərbi əməliyyatları dayandıracağına və qoşunlarını geri çəkəcəyinə dair heç bir əlamət yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin