Bakıda çimərlikdə iki nəfəri bıçaqlayan şəxsdən XƏBƏR VAR

21:14 - 29 Sentyabr 2021

Bakıda çimərlikdə iki nəfəri bıçaqlayan şəxsdən XƏBƏR VAR

Bakıda çimərlikdə iki nəfəri bıçaqlayan Məmmədli Dünyamin Sadıq oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Manşet.az-ın məlumatına görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq. D.Məmmədliyə Cinayət Məcəlləsinin  126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma - iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib

Qeyd edək ki, sözügedən hadisə cari ilin iyun ayında baş verib. Belə ki, Mərdəkan qəsəbəsində baş verən hadisədə 1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb.

unikal.org


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin