“Bayraktar” PUA-ları üçün xidmət mərkəzi qurulur

20:59 - 29 Sentyabr 2021

“Bayraktar” PUA-ları üçün xidmət mərkəzi qurulur

Türkiyənin “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən “Baykar Savunma” şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi arasında memorandum imzalanıb.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən Kiyevdə “Bayraktar TB2” zərbə PUA-larına xidmət göstərilməsi üçün mərkəz yaradılacaq. Bu mərkəzdə PUA operatorlarına təlim keçilməsi də nəzərdə tutulub.

Memorandum Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə ölkənin müdafiə naziri Andriy Taran və “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən imzalanıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin