Bu kuryerlərə cinayət işi açıla bilər - DİN-dən AÇIQLAMA

19:17 - 29 Sentyabr 2021

Bu kuryerlərə cinayət işi açıla bilər - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə kuryerlik fəaliyyəti ilə məşğul olan şirkətlərin əməkdaşlarının narkotik maddələrin alverində iştirak etdikləri barədə məlumatlar yayılıb.

Manşet.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev U açıqlama verib:

"Ayrı-ayrı şirkətlərin nümayəndələri tərəfindən, yəni kuryerlik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətində DİN-ə narkotiklə əlaqəli hər hansı fakt daxil olmayıb. Əgər hansısa vətəndaşda bununla bağlı məlumat varsa, müvafiq qaydada polisi məlumatlandırmağı tövsiyə edirik".

DİN rəsmisi sifarişin içərisində narkotik olduğundan xəbərsiz olan kuryerin polis əməkdaşları tərəfindən saxlanıldığı halda onu hansı cəzanın gözlədiyinə də aydınlıq gətirib:

"Əgər həmin şəxs bunu qəsdən və şüurlu şəkildə edibsə, burada ağırlaşdırıcı norma var. Belə olan halda kuryer xinayət qanunvericiliyinin 234-cü maddəsinin müvafiq bəndlərinin təqsir dairəsinə düşür. Bununla bağlı həmin maddə ilə ittiham elan oluna bilər".

unikal.org


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin