Ancelina Colinin atasından "Qəzza" açıqlaması: "Qızım məni məyus etdi”

17:41 - 06 Noyabr 2023

Ancelina Colinin atasından \"Qəzza\" açıqlaması: \"Qızım məni məyus etdi”

Amerikalı məşhur aktrisa Ancelina Colinin atası Con Voight İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlamalar verib və qızının onu məyus etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerika bayrağı önündə çəkdiyi videoda Voight İsrail və Fələstindən “Yəhudilər üçün müqəddəs torpaqlar və Allahın torpağı” adlandıraraq bəhs edib.

Ancelina Colinin atası “İsrail ordusu öz torpaqlarını və xalqını qorumalıdır. Bu bir müharibədir. İsrail solun düşündüyü kimi sivil şəkildə irəliləyə bilməz” deyib. 

Voight qızı Colinin Qəzzanın "kütləvi məzarlığa" çevrildiyi və "İsraildə baş verənlər terror aktıdır, lakin bu, Qəzzada dinc insanların bombalanması nəticəsində itirilən günahsız canlara haqq qazandıra bilməz" açıqlaması ilə bağlı "Qızımın da bir çoxları kimi Allahın ləyaqətini, Allahın həqiqətini dərk etməməsi məni çox məyus etdi” ifadəsini işlədib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az