Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
14:48 - 29 Sentyabr 2021
“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Prokurorluqdan Manset.az-a verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin