Təhsil naziri tələbə və şagirdləri təbrik etdi

11:32 - 29 Sentyabr 2021

Təhsil naziri tələbə və şagirdləri təbrik etdi

"Bu gün bütün təhsil müəssisələrində tədris əyani bərpa olundu".

Manset.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir təhsilalanları təbrik edərək tədris prosesinin davamlı olmasını arzulayıb.

Qeyd edək ki, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Sentyabrın 29-da universitetlərdə, orta ixtisas təhsili müəssisələrində (kollec), eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayıb.

İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Proqnoz göstəricilərinə əsasən, orta məktəblərin V-XI siniflərində 968 230 şagird oxuyacaq.

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçirilir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin