Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir
1 Noyabr 2024
11:20 - 29 Sentyabr 2021
Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixrac rüsumunu artırıb. Yeni qərara əsasən buğdanın bir tonunun ixracına tətbiq edilən rüsum 50,9 dollardan 53,5 dollara qaldırılıb.
Buğda ilə bərabər arpa ixracına tətbiq edilən rüsumun da məbləği artırılıb. Arpa ixracına tətbiq edilən rüsum 31 dollardan 35,3 dollara qaldırılıb.
Qarğıdalı ixracında tətbiq edilən rüsumun məbləği isə 47,8 dollardan 46,3 dollara endirilib.
Qərar sentyabrın 29-dan qüvvəyə minib.
Manset.az Sfera.az-a istinadən xəbər verir ki, ixrac rüsumları qiymət səviyyəsinə uyğun müəyyənləşdirilib. Hazırda buğdanın qiyməti 276,5 dollar (bir həftə əvvəl 272,8 dollar), arpanın qiyməti 235,5 dollar (həftə əvvəl 229,4 dollar), qarğıdalının tonu 251,2 dollar (bir həftə əvvəl 253,4 dollar) təşkil edir.
Rusiya mediası yazır ki, yeni rüsumlar bu ilin oktyabrın 6-na qədər qüvvədə olacaq. Həmin tarixdə rüsumlara yenidən baxılacaq.
Xatırladaq ki, Rusiya bu ilin iyunun 2-dən buğda, qarğıdalı və arpanın ixracına rüsum tətbiq edir. Toplanan vəsait kənd təsərrüfatı istehsalçılarına subsidiya şəklində verilir.
Azərbaycan Rusiyadan buğda və qarğıdalı idxal edir. Rusiyanın rüsumu artırması Azərbaycana buğda və qarğıdalı idxalını az da olsa, bahalaşdıracaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin